Əgər bir obyektə qarşı aqressiya, hiddət, tənqid varsa, bundan qurtulmağın da bir neçə yolu var.
Ya həmin tənqidin mənbəyini məhv edib, daimi susduracaqsan, ya kompromisə gedib, razılaşacaqsan, ya başqasına yönləndirəcəksən, ya da həmin aqressiyanı bir neçə istiqamətdə şaxələndirib parçalayacaqsan, necə deyərlər özün üçün bufer zona, dalğaqıran yaradacaqsan.
Millinin Lüksemburqla oyununun elə ilk dəqiqələrindən bəlliydi ki, AFFA da, baş məşqçi də yaxşıca tənqid, hətta deyərdim linç olunacaqlar. Hər nə qədər sosial şəbəkələrdəki fikirlər, obyektiv jurnalistlərin yazıları ordakıların çox qulağına olmasa da, istənilən halda niyə könül bulansın axı?
Bu dəfə tənqiddən qaçış, tamamilə başqa istiqamətə yönəltmək, ya da mənbəni məhv etmək mümkün olmadığı üçün ən uyğun yol kimi tənqid hədəfini parçalamaq, şaxələndirib zəiflətmək yolu tutuldu.
Elə 25-ci dəqiqədə Mahir Emreli bu işdə birinci "könüllü" oldu. Oyun dayandığı vaxtda rəqibə zərbə vuran 10 nömrə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu və onsuz da pis gündə olan yığmanı daha pis vəziyyətə saldı.
Oyunun sonrakı axarında nələr oldu, gördünüz, yazıb başınızı ağrıtmaq istəmirəm, amma görünür Emreli könüllü tənqid hədəfi olmaq istəyi kimlərisə qane etməyəcəkdi. Mahir kimi şıltaq, ərköyün futbolçu AFFA üzərindəki qara buludları dağıdacaq qədər güclü "top atəşi" olmayacaqdı.
Deməli hədəfə qoymağa daha ciddi, daha sanballı fiqur lazım olacaqdı.
Çox keçmədən, oyun bitən kimi o da öz ayağı ilə gəldi. Maksim Medvedevin məlum görüntülərinin bilərəkdən və ya bilməyərəkdən efirə verilməsi demək olar ki, AFFA üçün göydəndüşmə oldu. Sanki suda boğulan adama oksigen balonu uzatdın ki, al, bir az nəfəslən.
Açıqlamanın üstündən heç iki dəqiqə keçməmiş müxtəlif rıçaqlar vasitəsilə sözügedən görüntülər sürətlə servis edildi və bir anda hiddətlənmiş, əsəbi, aqressiv, milli komandamızın biabırçı oyunundan cana gəlmiş kütlə yönünü Maksimə çevirdi. Əlbəttə ki, bu işdə onlara əl altdan yön verənlər, sakitcə istiqamət cızanlar da var idi.
Mənim Maksimi müdafiə etmək fikrim yoxdu. Lüksemburqa uduzmuş yığmanın oyunçusu meydanda necə oynamağından asılı olmayaraq, oyundan sonra belə laubali şəkildə yanaşırsa, onun müdafiə ediləcək heç bir tərəfi qalmır.
Amma dərhal sonra aparılan kampaniya, Maksimin kapitanlığından tutmuş azərbaycanlılığına qədər sorğulanması onu göstərir ki, artıq lazım olan bufer zona hazır idi.
Təsadüfi deyil ki, oyundan bir neçə saat sonra De Byazinin bərbad heyət seçimi, meydana buraxdığı ilk 11-lik, meydanda nə etmək istədiyini və hansı taktika ilə oynadığını bilməməsi, oyuna müdaxilə bacarıqsızlığı, qaş düzəltdiyi yerdə vurub göz çıxardan əvəzetmələri yox, Maksimin kapitan olub-olmaması, bundan sonra onu kimin əvəzləməli olduğu müzakirə olunurdu.
Öz qapısına qol vuran "Neftçi"nin oyunçusu Anton Krivotsyuk yox, meydana voleybol oynamağa çıxmış "Səbail"li Adil Nağıyev yox, məhz kadrarxası uğursuz bir açıqlaması sürətlə gündəmə oturdulan Maksim hədəf taxtasına çevrildi.
AFFA-nın bir ətək pul töküb Azərbaycan pasportu verdiyi, amma dar məqamda millidən imtina edən Nazarov, Eddi, Əmir Ağayev və digərləri yox, bu ölkə futbolu üçün həmişə cani-dildən oynamış, ölkə adına əldə olunan 3-5 ciddi nəticənin əksəriyyətində imzası olan oyunçu "vurulur".
Yuxarıda da dediyim kimi, artıq tənqid hədəfi bölünmüşdü, iradlar təkcə birbaşa AFFA-ya, onun əndrəbadi oyun oynadan məşqçisinə deyil, Maksimə, dolayısı ilə "Qarabağ"a da yönəldiləcəkdi.
Millətlər Liqasının ilk mövsümünün sonuncu - Kosovo ilə oyununda da belə olmamışdımı?
Zaur XUDİYEV
sportinfo.az
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu