Hakimdən Neymara təəccüblə qarşılanan “sarı vərəqə” – Video

Hakimdən Neymara təəccüblə qarşılanan “sarı vərəqə” – Video
VİDEO 2 Fevral 2020 / 14:32 4240
-  A +

Liqa 1-in dünən keçirilən PSJ – “Monpelye” oyununda (5:0) baş hakim Jerom Brizarın verdiyi qərar təəccübə səbəb olub.

Qol.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Neymar etdiyi bir uğurlu texniki fəndə görə sarı vərəqə ilə cəzalandırılıb. PSJ-nin müdafiəçisi Presnel Kimpembenin sözlərinə görə, hakim bu fəndi qeyri-idman hərəkəti kimi dəyərləndirdiyi üçün belə addım atıb.

Neymar özü başda olmaqla PSJ-li futbolçular qərara etiraz ediblər. Braziliyalı oyunçu fasilə zamanı da bununla bağlı hakimə narazılığını bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner