“İk oyunda meydan sahibi komanda ilə qarşılaşacağıq. Bir tərəfdən yaxşıdır, əsas rəqibimizlə üz-üzə gələcəyik, amma meydan sahibi olmaları, heyətlərində keyfiyyətli futzalçıların olması bizim üçün yaxşı məqam deyil".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin kapitanı Rizvan Fərzəliyev bu gün keçirdiyi brifinqdə deyib.
Təcrübəli futzalçı dünya çempionatının elit-raund mərhələsindəki şanslarını dəyərləndirib: "Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir. Deməzdim ki, Rusiya millisi aşkar favoritdir. Rusiya yığması ilə yaxın keçmişdə turnirlərdə üz-üzə gəlmişik. Bizdən heç də aşkar üstün deyildirlər. Razıyam, təcrübəli komandadır, dəfələrlə Avropa, dünya çempionatlarının finalında iştirak edib. İstənilən hər bir komandanın şansı bərabərdir. Komandamıza güvənirəm, inanıram və mərhələ adlayacağımıza inanıram”.
Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları yanvarın 29-da, 30-da və fevralın 1-də Xorvatiyanın Osiek şəhərində keçiriləcək. Komandamız müvafiq olaraq Xorvatiya, Rusiya və Slovakiya yığmaları ilə qarşılaşacaq. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pilləni tutan komandalar isə aprelin 9-da və 12-də keçiriləcək pley-off oyunlarında iştirak edəcək. Qaliblər həlledici mərhələdə oynamaq hüququ qazanacaq.
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer