Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Zirə” növbəti yoxlama oyununu bu gün Rmıniyanın “Sepsi” klubu ilə keçirəcək.
Qol.az xəbər verir ki, "qartallar" bu ölkədən olan komandalarla indiyədək 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib. Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub.
2015-ci ilin qışında “Tırqu Mureş”ə 1:0 hesabı ilə qalib gələn “Zirə”nin qələbə qolunu Luiz Alberto Diez vurub. İlyarım sonra – 2017-ci ilin yayında “Vitorul”la qarşılaşan “qartallar” 1:2 hesabı ilə uduzub. Azərbaycan komandasından yeganə qolu Orxan Əliyev vurub.
Son iki qış fasiləsində “Voluntari” sınaqçı rəqib olub. “Zirə” hər iki görüşdə rumıniyalılara qalib gəlib. 2018-ci ildə 2:0 hesablı qələbə Elşən Abdullayevlə Vüsal İsgəndərlinin qolları ilə gerçəkləşib. Ötən il isə Pərdis Fərcad-Azadın qolu həlledici olub.
2019-cu ildə “Zirə” daha bir dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Yayda “Konkordiya”ya qarşı keçirilən görüşdə qol vurulmayıb.
Beləliklə, 5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. 5 qol vuran futbolçular 2 top buraxıblar.
“Zirə” Avropa Liqasında mübarizə apardığı 2017/2018 mövsümündə də Rumıniya klubu ilə üz-üzə gəlib. II təsnifat mərhələsinin “Astra” ilə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzan komanda evdə qolsuz heç-heçə edib. Yeganə qola Rəşad Sadiqov imza atıb.
Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda Türkiyə təmsilçisi “Ümraniyəspor”a 0:3 hesabı ilə uduzub.
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer