Bu həftə 52 yaşlı Yurgen Klopp FİFA-nın The Best mükafatının - ilin ən yaxşı məşqçisi adını qazandı. Layiq idimi? Azarkeşlərin, mütəxəssislərin və medianın ümumi rəyi bu suala birmənalı cavab verib: hə, hə və yenə də hə! Yurgen Klopp təkcə müasir futbolun as məqçilərindən deyil desəm, qətiyyən yanılmayacağam. Amma o, həm də güclü psixoloq, yüksək yumor hissi olan parlaq bir şəxsiyyət və güclü bir natiqdir. Bunu çoxları qəbul və etiraf edir. Aşağıda təqdim etdiyim bu yazı isə həmin fikirləri bir daha təsdiqləmiş olur. Tanınmış idmançıların xatirələrinin yer aldığı “The Players” Tribune media platformasında bu dəfə “Liverpul”un baş məşqçisinin fikirlərinə yer verilib.
Beləliklə, bizim gördüyümüz məşqçi Yurgen Klopp kimdir? Gəlin, hər şeyi onun öz dilindən anlatdıqlarından oxuyaq…
***
- Söhbətə bir az utancverici hekayə ilə başlamalıyam. Çünki ətraf dünyanın futbolçu və məşqçilərə Tanrı kimi baxmalarından qorxuram. Mən bir xristian kimi tək olan Tanrıya inanıram və sizi əmin edirəm ki, onun futbolla bağlılığı yoxdur. Həqiqət budur ki, hamımız tez-tez uğursuzluqla üzləşirik. Mən də gənc məşqçi olanda belə halla rastlaşmışdım.
Öncə 2011-ci ilə qayıtmalıyam. “Borussiya” Dortmund “Bavariya” ilə oynayacaqdı. Böyük bir liqa matçı idi. Münhendə 20 ildir oyun udmurduq. Filmlərdən çox ilham alan biriyəm. Ona görə də nə zaman futbolçularıma motivasiya vermək ehtiyacı hiss edəndə ağlıma ilk olaraq “Rokki Balboa” filmi gəlir. Məncə, “Rokki”nin bütün 4 hissəsi məktəblərdə izlədilməlidir. Sırf əlifbanı öyrənmək kimi bir şey olmalıdır. Əgər bu filmlərə baxdıqdan sonra içinizdən dağa dırmanmaq kimi bir hiss yaranmırsa, deməli, sizin probleminiz var.
Nəysə. “Bavariya” ilə oyundan öncə bütün oyunçuları komanda toplantısı üçün otel zalına topladım. Uşaqlar hamısı oturmuşdu və işıq söndürülmüşdü. Onlara durumun ciddiyyətini anlatdım: “Dortmund Münhendə sonuncu dəfə qalib gələndə çoxunuz bez taxırdınız”.
Sonra “Rokki 4”dən bəzi səhnələri ekranda nümayiş etdirdim. İvan Draqonun olduğu səhnə idi. Mənə görə, tam bir klassika. Draqo kompüterə bağlı olaraq qaçış zolağındadır. Alimlər onu test edir. Xatırladınızmı? Uşaqlara “görürsünüz, “Bavariya” əslində İvan Draqodur. Hamıdan və hər şeydən yaxşı. Ən yüksək texnologiya və kompüterlər onlardadır. Və İvan Draqo kimi qarşısıalınmazdırlar” – dedim.
Sonra Rokkinin Sibirdəki kiçik evdə məşq etdiyi səhnə canlandı. O, şam ağaclarını kəsərək qarla örtülmüş dağın təpəsinə qədər qaçır. Bu zaman uşaqlara üz tutaraq dedim: “Görürsünüz, bu da bizik. Biz Rokkiyik. Daha kiçikik, bəli. Amma qələbə ehtirasımız var. Bizdə çempionluq ürəyi var. İmkansızı bacara bilərik”.
Klopp "Borussiya"da işləyəndə
Bir an uşaqların mənim dediklərimə necə reaksiya verəcəyinə baxdım. Stulların üstünə çıxacaqlarını, Sibirdə dağın kəlləsinə qalxmış kimi ehtirasa gələcəkləri, ağıllarının başlarından gedəcəyini gözlədim. Amma hamısı sakitcə oturmuş, donmuş gözləri ilə mənə baxırdı. Büsbütün soyuq ifadələr. “Bu dəli nə danışır?” kimi baxışlar mənə tuşlanmışdı. Sonra dayandım və fikrə getdim. “Rokki 4” nə zaman çıxmışdı? 1980-ci il ildəmi? Bəs bu uşaqlar nə zaman doğulub?” – deyə düşünməyə başladım.
Ən sonda “bir dəqiqə uşaqlar. Rokki Balboanın kim olduğunu bilən əlini qaldırsın” dedim. Sadəcə, iki nəfər bunu etdi. Sebastyan Kel ve Patrik Ovomoyela. Digərləri bu haqda bilmədiklərini dedilər.
Bütün danışdıqlarım boşa getmişdi. Mövsümün ən önəmli matçı bu idi. Bəlkə də bəziləri üçün həyatlarının ən vacib oyunu idi. Amma məşqçiləri 10 dəqiqədir onlara Sovet texnologiyası və Sibirdən bəhs edirdi. Hahaha. Buna inana bilirsiniz?
Təzədən danışmaq məcburiyyətində qaldım.
Bunların hamısı həqiqətdir. Biz də insanıq. Futbol tarixinin ən yaxşı çıxışını etdiyimizi zənn edərik. Amma əslində danışdıqlarımız axmaqlıqdan başqa bir şey deyilmiş. Yenə də ertəsi həyatımıza davam edərik. Bu hekayənin ən qəribə tərəfi bilirsiniz nədir?
Dürüst olmaq lazımdısa, qələbə qazanıb-qazanmadığımızdan əmin deyiləm. Amma bu çıxışı 2011-ci ildə 3:1 hesabı ilə udduğumuz oyundan əvvəl etdiyimə əminəm. Nəticələri unuda, bir-birinə qarışdıra bilərik. Amma o uşaqlar, həyatımın həmin günləri… Bunları heç vaxt unutmayacağam. İnsanların futbolla bağlı heç vaxt anlamayacaqları bir şeydi bu”.
Hazırladı: Aydın BAĞIROV
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı