“Qarabağ”a adaptasiya prosesim çox asan oldu. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Uzun illərdir burada oynayan Miçel və Dani Kintana mənə çox kömək edirlər”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero “Marca” qəzetinə müsahibəsində deyib.
“Saraqosa”nın keçmiş üzvü Azərbaycanda oynaması ilə bağlı bunları deyib: “Baş məşqçi məni bir neçə il əvvəl transfer etmək istəyirdi. Ancaq o vaxt bu, mümkün olmadı. Bu il mənimlə əlaqə saxlayıb yaxşı təklif göndərdilər. 3 illik müqavilə təklifi və avrokuboklarda oynamaq imkanı mənə yaxşı stimul oldu”.
“Qarabağ” haqqında danışan Romero buradakı şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Hamı ilə münasibətim yaxşıdır. Komandada oynamaq üçün hər bir şərait var. Bu qaydada davam etmək üçün çalışıram. "Qarabağ" fantastik şəraiti olan, futbolçuya hər şeyi təmin edən klubdur. Altı ildir avrokuboklarda iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Buradakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Bizim içində oteli, istirahət edə biləcəyimiz otaqları və mükəmməl meydançası olan bazamız var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdi klubun "sükanı arxası"ndadır. O, burda hər şeyi dəyişib, çempionluqlar qazanıb, komandasını Avropaya çıxarıb".
Daha sonra Xayme “Qarabağ”ın AL-in qrup mərhələsindəki şansları barədə fikirlərini bildirib: “Komandam hal-hazırda qrupdan çıxmaq barədə fikirləşir. Bizim bunun üçün yaxşı imkanımız var və düşünürəm ki, biz növbəti mərhələyə çıxacağıq”.
“Sevilya” ilə matçın çətin olacağını gizlətməyən Romero rəqib haqqında da danışıb: “Bu il “Sevilya”nın oyunlarına baxmasam da, bilirəm ki, keyfiyyətli heyətə sahib böyük komandadır. Hazırda İspaniya çempionatının birincisidir. Həmçinin, “Sevilya” bu mövsüm Avropa Liqasının qazanmağa iddialı olan komandalardan biridir. Evdə oynayırıq və həmişə olduğu kimi qələbə qazanmağa çalışacağıq. Əgər “Sevilya”ya qalib gəlmək iddiamız olmasa, biz heç oyuna da çıxmarıq. Qalib gəlmək haqqında düşünmürsənsə, niyə oynayırsan? Biz hücumameyilli komandayıq. Həm topa sahib olmağa, həm də yaxşı müdafiə olunmağa çalışacağıq. Həmişə olduğu kimi, təhlükəli epizodlar yaratmaq və kollektiv oyun sərgiləmək üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də başlayacaq.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər