Premyer Liqasnın 4-cü turunda “Qarabağ”la “Neftçi” arasında oynanılacaq Azərbaycan derbisinə bir gün qalır.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.30-da başlanacaq bu oyunu hər iki komandanın azarkeşlərinin səbirsizliklə gözlədiyini desək, yanılmarıq. Xüsusən qeyd edilməlidir ki, onsuz da əvvəllər də bu komandalar arasında güclü olan intiriqa 2018/19 mövsümündən sonra daha da böyüməyə başladı. Bu da təsadüfi deyil. Çünki mövsümün gedişatında “Neftçi” “Qarabağ”dan uzun müddət xal fərqi ilə irəlidə olsa da, sonradan bəzi vacib matçlarda xal itirdi.
Nəticədə isə “Qarabağ” əzəli rəqibini qabaqlayaraq birinci yeri tutdu. Bundan başqa, Ağdam klubunun çempionluq kubokunu son turda qarşılaşdığı “Neftçi”nin meydançasında qaldırması, eləcə də həmin matçda onu udması isə komandalar arasındakı idman mübarizəsini daha da artırmış oldu.Bütün bunlar sabahkı matça diqqəti daha da artıran faktlar sırasındadır. 
Amma bir məqamı da ayrıca vurğulamalıyıq. Söhbət “Neftçi”nin yeni transferi Donald Geryedən gedir. Məlumdur ki, Haiti millisinin oyunçusu 2017-ci ilin yayından başlayaraq 2 il “Qarabağ”da oynadı. Bu müddətdə o, uğurlu oyunu ilə komandasının qələbələrində pay sahibi olmaqla yanaşı azarkeşlərin sevimli futbolçularından birinə çevrilməyi də bacardı. Bu günlərdə isə Gerye gözlənilməz addım ataraq “Neftçi”yə keçdi ki, bu da "Qarabağ" fanatlarının narazılığına səbəb oldu. Bu transferin özü də qəribə alındı. Məsələ burasındadır ki, o, Ağdam klubundan maaşının artırılması şərti ilə yeni müqavilə təklifi almış (qeyri-rəsmi xəbərə görə, ilinə 500 min dolllara yaxın) və komandada qalmağa razılaşmışdı. Lakin iddia edilir ki, həmin ərəfədə Geryeyə xarici klublardan da təklif olub. O, həmin klublardan birinə keçmək istəsə də, yekunda razılığa gələ bilməyib. Haitili futbolçunun “Qarabağ”a qayıdacağını vəd edib, sonradan sözünün üstə durmaması kimi qeyri-ciddi davranışı isə yekunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun ondan imtina etməsinə gətirib çıxardı.
Gerye ilə “Neftçi” nümayəndələri arasında danışıqlar da məhz bundan sonra aktivləşməyə başladı. Bu da onunla əlaqədar idi ki, digər əcnəbi klublardan da çox pul istəməsinə görə haitili futbolçunu real müştərilərinin sayı sürətlə azalmışdı. Bu yerdə isə “Neftçi” Geryenin qiymətini xeyli aşağı salmağı bacardı. Deyilənə görə, çarəsiz durumda qalan 30 yaşlı futbolçu “ağ-qaralar”ın illik 200 min dollarlıq təklifinə razı oldu.
Beləliklə, iki il “Qarabağ”da oynamış Gerye indi Ağdam klubunun əzəli rəqibi “Neftçi”nin futbolçusudur. O, yeni komandasında debüt matçını da məhz sabiq klubuna qarşı keçirə bilər. Təbii ki, baş məşqçi Roberto Bordinin ona şans verəcəyi halda...
44-cü dəqiqə
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"