Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının iclası keçirilib.
Qol.az xəbər verir ki, media nümayəndələri üçün qapalı olan seçkidən sonrakı iclasda ittifaqın bundan sonra AFFA Azad Həmkarlar İttifaqı adlandırılmasına qərar verilib.
Konfransda Azərbaycan millisinin keçmiş hücumçusu Nazim Süleymanov yekdilliklə quruma sədr seçilib. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Novil İsmayılov, Naib Abdulla, Asəf Namazov, Anar Xanlarov, Boris Xetaqurov, Babək Alxasov və Orucəli Durmuşov ittifaqın üzvü olub. Tədbirdə AFFA Azad Həmkarlar İttifaqının nizamnaməsi də təsdiqlənib.

Daha 2 il "Sumqayıt"da
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı