"Qarabağ"ın rəqibinin oyununda 6 qol

"Qarabağ"ın rəqibinin oyununda 6 qol
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2019 / 20:10 5405
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Düdelanj” Lüksemburq çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda öz meydanında “Rasinq Lüksemburq”u qəbul edib. Altı qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3.

"Düdelanj"ın heyətində Kobe Kools (40), Loren Mendi (71) və Danel Sinani (83) fərqlənib.

“Düdelanj” 5 turdan sonra 4 xalla 14 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” "Düdelanj”la oktyabrın 3-də səfərdə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner