"Sabah"ın futbolçusu Coşqun Diniyev Azərbaycan Premyer Liqasının III turunda "Zirə"ylə səfərdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra müsahibə verib.
- Qələbə hesabını sona yaxın buraxdığınız qolla əldən verdiniz. 3 xal qazanmağınıza nə imkan vermədi?
- Zirəyə qələbə dalınca gəlmişdik. İlk hissədə 3 xal qazandıq, fasilədən sonra bunu itirdik. Bu, öz səhvimizdən oldu, ikinci 45 dəqiqədə arxaya çox oturduq. İstər-istəməz rəqib də 1-5 hücum etmir, 50-60 hücum edir. Əlbəttə, bunun axırda biri qol olmalı idi. Bu da səhvimizdən qaynaqlanan bir qol idi. Təəssüf edirik. 3 xal əlimizdən son dəqiqələrdə getdi. Növbəti matça hazırlaşmalıyıq.
- İkinci hissədə tam müdafıəyə çəkilməyiniz baş məşqçinin tapşırığı idi, yoxsa qol buraxmamaq istəyindən irəli gəlirdi?
- Yox, baş məşqçimizin belə bir xüsusi tapşırığı yox idi. "Keşlə"yə evdə istəmədiyimiz halda məğlub olduq. Bundan sonra istəyirdik ki, 3 xal qazanaq. 1 xal bizi qane etmirdi. Buna görə hesabda üstünlük qazanandan sonra böyük qüvvəyə ilə müdafiəyə çəkildik. Hesabda 1:0 irəlidə olan komanda ehtiyatlı olmalıdı. Belə fikirləşirəm ki, hesabı qorumağa oynamalıdı. Bunun üçün arxaya "oturduq". Rəqib də ikinci hissə təzyiqini artırdı. Bəzi oyunçu dəyişikləri etdilər, hücumda çoxaldılar. Buna görə bizi məcbur müdafiəyə "oturtdular". 3 xalı qorumağa çalışırdıq, əldən çıxdı.
- "Sabah"ın oyununda çatışmazlıq, əsasən xətlər arasında əlaqədə görünür. Artıq 3 tur keçib, hələ də qeyri-sabitlik var. Bunu nəylə izah edərdin?
- Deməzdim ki, komandada böyük problem var xətlər arasında əlaqədə, anlaşmada. Bizim heyətin 90 faizi gənclərdən ibarətdir. Bir neçə legionerimiz var, qalanı Azərbaycanda üzdə olan gənc futbolçulardan ibarətdi. İstəyirik ki, özümüüz sübut edək. "Sabah" bu mövsüm qarşısına məqsədlər qoyub və özümüzü sübut etmək istəyirik. Buna görə də bir az həyəcan, anlaşılmazlıq olur. Hesabda irəli çıxdığımız görüşdə o həyəcan bizə təzyiq edir ki, yekunda 3 xalı saxlamırıq. Buna görə də istədiyimiz oyun alınmır. Fikrimcə, ilk 45 dəqiqədə daha yaxşı futbol oynadıq.
- Necə fikirləşirsən, legionerləriniz komandaya uyğunlaşıb, yoxsa hələ vaxt lazımdı?
- Bunu baş məşqçidən soruşmağınız daha məqsədəuyğundur. Şəxsi fikrim belədir ki, onlara bir az vaxt lazımdır.
- Növbəti turda "Qəbələ"ylə görüşəcəksiniz. Rəqibiniz bu turda evdə 0:4 hesabıyla uduzub və baş məşqçisi istefa verib. "Qəbələ"nin ağır vəziyyətdə olması işinizi aslanlaşdırırmı?
- "Qəbələ" hər 3 matçında uduzub. Ancaq bu komandada potensial var ki, düşdüyü vəziyyətdən çıxmağı bacaracaqlar. Baş məşqçi dəyişikliyi varsa, futbolçular yeni çalışdırıcıya özlərini sübut etməyə çalışacaqlar. Orda futbol üçün hər bir şərait var - məşq meydançalarından tutmuş qaldıqları otellərə qədər. "Qəbələ" futbolçuları məhz bizimlə matçda dönüş nöqtəti yaratmaq istəyəcəklər. Arada fasilə olacaq və biz də arxada qalan oyunlardakı səhvlərdən çıxardığımız nəticəylə rəqibə yaxşı hazırlaşacağıq.
- Vaxtilə milli komandada oynamısan, ancaq indi dəvətlilər sırasında deyil. Hər halda, milliyə qayıtmaq istəyərsən...
- Hər bir futbolçu milli komandada olmaq istəyər. Ancaq bu, baş məşqçinin öz heyətidi. Özü lazım bildiyi futbolçulara dəvət göndərib. Mənə heç nə demək qalmır. Onlara uğurlar arzulayıram.
- Bir futbolçu kimi bu gün özünü milli komandaya hazır hesab edirsən? Yığmaya kömək edə biləcək gücdəsən?
- Günü bu gündən götürsək, hər bir oyunla milli komandanın üzvü olmağa layiq bilib-bilməmək ölçülmür. Bu gün ola bilər ki, sənin günün olsun, sabah isə yox. Milliyə dəvət alsam, ora özümü hazırlayacaq şəkildə meydanda can qoymağa çalışaram. Çağırsalar, mənim üçün başucalığıdır. Millidə oynamaq böyük bir şərəfdir. Çağımırlarsa, nə deyək, Allah canlarığı sağ eləsin (sport24.az).
44-cü dəqiqə
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər