“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov komandanın futbolçusu Baqali Dabonun sosial şəbəkədə azarkeşləri təhqir etməsinə münasibət bildirib.
O, Qol.az-a açıqlamasında deyib ki, bu hərəkət tək Dabo, bir futbolçunun fərdi məsələsi deyil, zəncirvari özbaşınalığın davamıdır: "Neftçi" sıradan bir klub deyil, daim futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Bu, "Neftçi"nin böyüklüyünün nəticəsidir. Klubu idarə edənlər bu yükü, ağırlığı daşıya bilmirlər".
T.Süleymanov bildirib ki, baş məşqçi Roberto Bordin oyunu, qələbəni, taktiki gedişləri düşünmək əvəzinə, tribunada fanatları sayır: "Onların "Neftçi"yə aid olmadığını bildirir, kapitan sarğısını qolunda daşımış Kiril Petrov azarkeşlərin hissiyyatı ilə oynayır, klub prezidenti Kamran Quliyev yaxasını kənara çəkərək dövlət orqanlarını fanatlarla üz-üzə qoyur, rəsmilər azarkeşlərin söyüş söydüyünü iddia edir, polis tam fərqli münasibət göstərərək açıqlamaları cavabsız qoymur. Dabo da daha "irəli" gedərək başından böyük hərəkət edir".
Onun sözlərinə görə, "Neftçi" kimi klub hazırda idarəolunmaz hala salınıb: "Fikir verin, baş məşqçidən tutmuş futbolçulara kimi hamısı əcnəbi, legionerlərdir. Sabah Monroz da ötən mövsüm etdiyini təkrarlasa, təəccüblü olmaz. Bunun bir adı var, "Neftçi" kimi klub idarəolunmaz hala salınıb. Səbəbsiz deyil, komandanı düşünmək əvəzinə piar kampaniyaları, şayiələr, araqatmalar davam edir. Yayındırıcı manevr kimi futbolçular önə verilir. Ən mənfisi isə "Neftçi"nin hədəfləri bilərəkdən kiçildilir, bu yöndə təbliğat aparılır, komanda ancaq son biabırçı nəticələrlə müqayisə edilir. Bu azmış kimi, fanat-azarkeşlərin haqq səsinə "əlavələr" edilməyə çalışılır. Bütün bunlar klubun daxilindən edilir. Hər kəs bilməlidir, "Neftçi"də baş verən hər uğursuzluq komandanın uğurlu illəri ilə müqayisə ediləcək. Bu, bütün dünyada belədir. "Neftçi" rəhbərliyinə məsləhətim, əlinizdən-qolunuzdan tutan yoxdu, kifayət qədər maliyyə, şərait imkanları var, "Neftçi" adına obyektiv təhlillərlə yanaşı dəstəyimizi əsirgəməmişik. Buyurun, daha yaxşı nəticələr qazanın, azarkeşləri, bütün Azərbaycanı sevindirin, bizləri də unutdurun. Yoxsa şayiələrinin qarşısını almasaq, utanmasalar, inanın ki, rəhmətlik Böyükağa Hacıyevin də adı hallanar. Deyərlər ki, fanatlar o dünyadan "idarə" olunur. Yumşaq dillə desək, bu qədər də olmaz...
Dabolar detallardır, əsas səbəblər yuxarıda qeyd etdiklərim, işə yanaşma, "Neftçi" böyüklüyünü dərk etməməkdir. Zəif "Spreantsa" mərhələsinə görə mükafatlar paylananda, "Neftçi" hədəfləri kiçildiləndə bilmirdilər ki, məşqçisi də, futbolçusu da özlərini "dahi" sayacaqlar?! Çempionluqlar, kuboklar qazanmış Flavinyosu, Mitreskisi, Vobayı və komandanı arxasınca daşıyan digər futbolçular bu günə kimi "Neftçi"ni unutmurlar, dəyərini bilirlər. Nə ediblər ki, bunlar? 2-ci yeri tutub 2 mərhələ keçiblər. Bir rəhbərlik ki, bunları "uğur" sayır, təbliğ edir, məşqçisi də, futbolçusu da nə istəsələr edərlər.
Klubda o qədər anarxiya hökm sürür, bir-birinə, fanat, azarkeşlərə qarşı addımlar atılır ki, belə halların artıq kütləvi olması təbiidir. "Neftçi"ni lider duruma qaytarmaq üçün klubun özündə lider idarəçilik olmalıdır. Ara qatıb bir futbolçunu cəzalandırmaqla "Neftçi" düzəlməz. Cəzalar klub rəhbərliyi, baş məşqçidən başlamalıdır".
T.Süleymanov deyib ki, "Neftçi" xalqın, fanat-azarkeşlərindir: "Dövlətin pulunu müftə xərcləyənlər oturub yaxşı düşünsünlər. Mənəvi gücləri çatır Dabonu ölkədən yola salmaqla özlərini də cəzalandırsınlar”.
44-cü dəqiqə
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir