Ötən həftə start götürən Azərbaycan Premyer Liqasının bu mövsümkü oyunlarına maraq da, böyük ehtimal, ötən illərdə olduğu kimi az olacaq.
Qol.az xəbər verir ki, bölgələrin futbolsuz qalması və yüksək liqadakı klubların əksəriyyətinin paytaxt Bakını təmsil etməsi səbəbindən stadionlarda tribunaların 90-95 faizi yenə boş qalır. Bunu 2019/20 mövsümü Premyer Liqanın ilk turunun rəsmi protokolları da təsdiqləyir. Hətta AFFA-nın bu protokollarında rəqəmlər müəyyən dərəcədə şişirdillsə də, bu, vəziyyətin acınacaqlı olmasının qarşısını ala bilmir. Təsəvvür edin, ilk turun 4 oyununu ümumilikdə 3200 azarkeş izləyib. Bu da hər oyuna cəmi 800 azarkeş deməkdir.
Gülməli, amma daha çox ağlamalı faktdır...
Müqayisə üçün qeyd edək ki, bu rəqəm avqustda “Qarabağ”la APOEL arasında keçirilən Çempionlar Liqası matçına gələn azarkeş sayından on dəfəyə yaxın azdır.
Ötən tur ən çox tamaşaçı “Neftçi” – “Sahah” matçında olub (1200). “Keşlə” – “Qarabağ” görüşünə stadionda 800, “Qəbələ” – “Sumqayıt”a 500, “Səbail” – “Zirə” matçına 400 tamaşaçı baxıb.
Beləliklə, bu rəqəmlər bir daha ölkədə yerli futbolun populyarlığının sürətli azaldığını təsdiqləyir. Amma təəssüf ki, neçə illərdir medianın və futbol ictimaiyyətinin haqlı narahatlığına, həyəcan təbili çalmasına baxmayaraq, AFFA bölgələrdə futbolun dirçəldilməsi istiqamətində faktiki olaraq ciddi heç bir iş görmür, region komandaları Premyer Liqaya buraxılmırlar. Bu da çempionatın səviyyəsinə ciddi zərbə vurur, futbolsuzluq səbəbindən həm də əyalətlərdə futbolçuların yetişməsi kimi böyük problemlər yaranır.
Bölgəsində komandası olmayan Premyer Liqa isə həmişə ölmüş vəziyyədə qalacaq, onun klubları və millisi isə beynəlxalq matçlarda biabırçı məğlubiyyətlərlə üzləşməkdə davam edəcək.
44-cü dəqiqə
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir