"Zirə" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.
Qol.az-ın Peru mətbuatına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçii son klubu "Deportivo Munisipial"ı (Peru) olan Alvaro Ampuero ilə razılığa gəlib. "Zirə"nin yaxın günlərdə bu transferi rəsmən açıqlayacağı bildirilib.
Qeyd edək ki, perulu müdafiəçi 2013-cü ildə "Parma"da oynayıb. O, daha sonra "Padova" və "Salernitana" klublarında icarə əsasında oynayıb. 26 yaşlı oyunçu son klubu "Deportivo Munisipial"da zədəli olduğu üçün bu il cəmi 8 matçda oynayıb. A.Ampuero Peru millisinə də çağırılıb və 9 oyunda iştirak edib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord