Qapıçı Sarrini saymadı - "Çelsi"də qalmaqal+Video

Qapıçı Sarrini saymadı -  "Çelsi"də qalmaqal+Video
VİDEO 25 Fevral 2019 / 10:30 4452
-  A +

İngiltərə Liqa Kubokunun “Çelsi” ilə “Mançester Siti” arasında ötən gün  keçirilən final oyununda qalmaqal yaşanıb.

Qol.az xəbər verir ki, əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşma penaltilər seriyasına qədər uzanıb.

Bu zaman London klubunun baş məşqçisi Mauritsio Sarri qapıçı Kepa Arrissabalaqanı əvəzləmək istəyib. O, penaltilər seriyasında  ehtiyat qolkiper Villi Kabalyeroya güvənmək istəyib. Ancaq Kepa bu qərarla razılaşmayıb. İspan qapıçı əvəzlənməyinə etiraz edib və meydandan çıxmayıb. Sarri qapıçının bu hərəkətinə əsəbiləşsə də,  Arrissabalaqa buna əhəmiyyət verməyərək meydanda qalıb.
 
Penaltilər seriyasında isə “Mançester Siti” 4:3 hesabı ilə qalib gələrək, kuboka sahib olub.


Daha çox


Son xəbərlər
topaz banner