"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun öncəsi iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət çəkib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 424 ağ və qırmızı brilyantla bəzənmiş Jacob& Co Caviar Tourbillon şirkətinə məxsus saat taxaraq konfransa gedib. Bu, aksessuarın ona təxminən 2 milyon avroya başa gəldiyi bildirilib.
Bundan əvvəl buna oxşar saatı məşhur Nigeriya repçisi Wizkidin sifariş verdiyi yazılıb. Ancaq Ronaldonun saatının bir qədər fərqli dizaynda və daha bahalı olduğu vurğulanıb.
Britaniya mətbuatı yazıb ki, bu qədər qəşəng saat Ronaldo üçün tipik olmayan aksessuardır. Portuqaliyalı hücumçu 2013-ü ildə Jacob& Co şirktini partnyoru olub. Lakin o, indiyə kimi buradan 100 min funt sterlinqdən baha aksessuar taxmayıb.
Ronaldonun ictimaiyyət qarşısında bu cür bahalı saatla çıxmasının "Qızıl top"un sahibinin sabiq komandasına qarşı oyununa yüksək diqqətin olması ilə əlaqədar olduğu yazılıb.
Qeyd edək ki, K.Ronaldo konfransda "MY" ilə matçda qol vuracağı təqdirdə, sabiq klubuna hörmət əlaməti olaraq sevinməyəcəyini deyib.
Xatırladaq ki, Ronaldo 2003-2009-cü illərdə İngiltərə klubunda çıxış edib.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord