"Məncə, bu gün qələbəni haqq etdik. Oyun boyunca düzgün oynadıq. Şansımızı gözlədik. Futbolda da hər zaman şans laızmdır. O, bu gün bizim tərəfdə idi. "Qəbələ"nin də bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədilər"
Qol.az-ın məllumatına görə, bu sözləri "Proqres"in baş məşqçisi Paolo Amodio Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Qəbələ" ilə ilk oyunundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Gözlədiyiniz "Qəbələ"ni gördünüz?
- "Qəbələ" haqda danışmaq istəmirəm. Bura hazırlıqlı gəldik və qələbə istəyimizə çatdıq.
- İlk hissədə ehtiyatlı oynadınız, fasilədən sonra irəli atıldınız. 45 dəqiqə rəqibi tanınmaq üçün bəs etdimi?
- Planımız var idi, 90 dəqiqə qol şansımızı gözlədik. İkinci hissədə biz də yorulduq.
- Bu gün "Qəbələ" fiziki cəhətdən zəif idi. Hesab etmirsiniz ki, rəqib ikinci oyuna daha hazırlıq olacaq?
- Bizim də rəqib kimi bir həftə hazırlaşmağa vaxtımız olacaq.
- Artıq özünüzü ikinci mərhələdə hiss edirsiniz? Düşünmürsünüz ki, cavab matçı daha çox formal xarakter daşıyacaq?
- "Qəbələ"nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq(Sportnet.az).
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video