"Qələbə qazanmaq istəyirdik. Güclü komandayıq və Belçikaya qarşı yaxşı oynayacağımıza inanırdım. Oyuna yaxşı başlamışdıq, amma son dəqiqədə gözləmədiyimiz qol buraxdıq".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Yaponiya millisinin baş məşqçisi Akira Nisina DÇ-2018-in 1/8 finalında Belçikaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Hesab 2:0 olduğu zaman 1 qol daha vura biləcəyimizə inandım və oyunumuzu dəyişdirmədim. Qol imkanlarımız da olu. Bir az daha ehtiyatlı oynamağa başladığımız zaman isə Belçika əsl oyununu nümayiş etdirdi" - deyə o bildirib.
A.Nikisina son dəqiqədə qol buraxacaqlarını gözləmədiklərini söyləyib: "Son dəqiqədə nə mən, nə də oyunçularım belə bir hücumla qol buraxacağımızı gözləmirdik. Top bir neçə saniyəyə qapımıza gəldi".
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı