Şotlandiyalı qapıçı da Azərbaycana gəlmək istəmədi

Şotlandiyalı qapıçı da Azərbaycana gəlmək istəmədi
GÜNDƏM 23 İyun 2018 / 13:43 5177
-  A +

“Qarabağ”ın təklif göndərdiyi şotlandiyalı qapıçı Con Makloflinin Ağdam klubuna keçidi alınmayıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb. “Daily Express” nəşrinin iddiasına görə, 31 yaşlı qolkiper Azərbaycan çempionunun təklifinə “yox” deyib. Onun “Sanderlend”ə keçəcəyi bildirilir.

“Qarabağ” son klubu Şotlandiyanın “Harts” klubu olan Makloflinə 2 illik müqavilə təklif etmişdi.

Qeyd edək ki, “Qarabağ”ın heyətinə qatmaq istədiyi italiyalı qapıçı Vinçenzo Fiorillo da Ağdam klubunun təklifini qəbul etməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner