İyunun 2-də Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks yarışı keçiriləcək.
Qol.az-ın xəbərinə görə, gecənin əsas döyüşündə agır çəki dərəcəsində IBO və WBCA dünya kəməri uğrunda ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lorena 12 raundluq mübarizədə üz-üzə gələcəklər. Bundan başqa azərbaycanlı boksçuların da iştirak edəcəyi bir neçə beynəlxalq reytinq döyüşü olacaq.
Boks gecəsi ilə bağlı Azərbaycan Boks Federasiyasının nümayəndəsi, peşəkar boksçular arasında dünya və Avropa çempionu Fariz Məmmədovun fikirlərini öyrəndik. Yarışı bir idman bayramı adlandıran sabiq boksçu əsas döyüşün iştirakçıları haqda məlumat verib:
“Bu, çox gözəl və əlamətdar hadisədir, bir idman bayramıdır. Demək olar ki, bir daha bütün dünyanın gözü Azərbaycanda olacaq. Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş bir boks gecəsidir. Ona görə də ikiqat bayram olacaq. İBO versiyası üzrə dünya kəməri uğrunda döyüşə ev sahibliyi etmək həqiqətən möhtəşəm hadisədir. Bu münasibətlə idmansevərləri təbrik edirəm. Kevin Loreno dünya çempionudur. O, öz titulunu qorumağa çalışacaq.
Roman Qolovaşenko isə IBO verisyası üzrə qitələrarası çempion, IBF versiyası üzrə Avropa çempionudur. Onu deyə bilərəm ki, çox möhtəşəm boks gecəsi olacaq. Çoxdandır belə boks bayramı keçirilmir. Əminliklə deyirəm ki, boks azarkeşləri gözəl bayram əhval-ruhiyyəsi yaşayacaq. İBO çox məşhur versiyadır. Bu kəmər uğrunda Vladimir Kliçko da vuruşub.
Boks gecəsində bir neçə beynəlxalq reytinq döyüşləri olacaq. İdmançılarımızdan Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Macarıstan və Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək”.
F.Məmmədov yarışın Azərbaycanda keçirilməsinin təşəbbüskarlarına minnətdarlığını bildirib:
“Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Yaşar Niftalıyev mənim şəxsi promoturum, menecerimdir. Keçmiş boksçu olub. Onun təşəbbüsü ilə bu yarış Bakıda keçiriləcək. “Qəbələ” İdman Klubunun rəhbərliyinə də təşəkkür edirəm ki, bizim bu təklifimizi dəstəklədilər və bu gözəl boks gecəsi üçün bizə dəstək oldurlar. Belə döyüşləri Azərbaycana salmaq asan məsələ deyil. ABŞ, Ukrayna, Rusiya kimi ölkələr qaldı qıraqda, Azərbaycan ev sahibi oldu”.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi