İbrahimoviçdən möhtəşəm başlanğıc - video

İbrahimoviçdən möhtəşəm başlanğıc - video
VİDEO 1 Aprel 2018 / 11:06 7234
-  A +

Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi”də qol hesabını açıb.

Qol.az-ın məlumatına görə, isveçli forvard debüt oyununda fərqlənməyi bacarıb. “Los-Anceles FK” ilə matçın 71-ci dəqiqəsində komandası hesabda 1:3 geri olarkən meydana daxil olan təcrübəli futbolçu 6 dəqiqə sonra təxminən 40 metr məsafədən əla zərbə ilə fərqi azaldıb. Oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Zlatan qələbə topunu vurub.

Qeyd edək ki, oyun “Los-Anceles Qalaksi”nin 4:3 hesablı qalibiyyəti ilə başa çatıb.



Son xəbərlər