Dani Alveş qapıçı oldu - Video

Dani Alveş qapıçı oldu - Video
VİDEO 7 Fevral 2018 / 13:27 4732
-  A +

PSJ-nin müdafiəçisi Dani Alveş Fransa kubokunun 1/8 finalında "Soşo" ilə matçda Paris klubunun qapısını qoruyub.

Qol.az-ın məlumatına görə, bu, komandanın qapıçısı Kevin Trappın 90-cı dəqiqədə qırmızı vərəqə almasından sonra baş verib. PSJ oyun ərzində hər üç dəyişikliyi etdiyi üçün qapını qorumaq meydanda olan Dani Alveşə həvalə edilib.

Qeyd edək ki, "Soşo" - PSJ görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.



Son xəbərlər