"Qəbələ" İdman Klubunun boks bölməsinin baş məşqçisi Ramiz Mirkamalov və boksçu Kamran Şahsuvarlı Ukraynanın Krıvoy Roq şəhərində "ТРК Рудана" kanalının "Спортивна середа" verilişinin qonağı olublar.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançılar Krıvoy Roqda qonaqpərvərliklə qarşılandıqlarını bildirib, "KB-75" komandası ilə oyunöncəsi təəssüratlarını bölüşüblər. Veriliş Azərbaycan və Ukrayna boks ənənələri və tərzləri barədə söhbətlə davam edib.
Qeyd edək ki, "KB-75" klubu ilə beynəlxalq yoxlama görüşü 21 oktyabr tarixində baş tutacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə boksçular 7 çəki dərəcəsində üz-üzə gələcək. Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.
Verilişin videoyazısını təqdim edirik.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər