Bu gün AFFA-nın inzibati binasında UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın Tibb və Anti-Dopinq şöbəsinin rəhbəri Mark Vouillamoz və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı əməkdaşlıq müqaviləsindən sonra bütün ölkədaxili və beynəlxalq oyunlar zamanı agentliyin nümayəndələrinə dopinq-testlər götürmək ixtiyarı verilib.
Görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Azərbaycan milli komandasının həkimi Vyaçeslav Xomenko da iştirak ediblər.
Rəsmi imzalama mərasimindən sonra Vouillamoz affa.az saytına bildirib ki, Bakıda olduqları müddətdə həm AFFA, həm də AMADA ilə geniş müzakirələr aparıblar: “Bir çox istiqamətdə uğurlu danışıqlarımız oldu. Bu əməkdaşlıq çərçivəsində həm milli, həm də beynəlxalq səviyyədə birgə fəaliyyət həyata keçirəcəyik. Biz futbolçuları və klubları müdafiə etmək üçün çalışırıq. Premyer Liqa komandalarının həkimləri dopinqlə mübarizədə daha çox təcrübəyə malikdilər. Birinci divizionda mübarizə aparan komandaların həkimlərinin və əməkdaşlarının bu istiqamətdə daha geniş informasiyaya malik olmaları üçün birlikdə seminarlar keçirməyi nəzərdə tuturuq. Onları lazımi informasiya ilə təmin edəcəyik”.
Hüseynlinin sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri səmərəli, hərtərəfli və daimi olan test planı hazırlamaqdı: “Bu plana uyğun olaraq il ərzində anti-dopinq testləri keçiriləcək. Digər idman növləri ilə müqayisədə futbolda dopinq test üsulu bir qədər fərqlidi. İslam oyunları zamanı futbol yarışlarında UEFA standartlarına uyğun bir çox dopinq testləri həyata keçirdik. Bu sahədə müəyyən təcrübəmiz var. Əməkdaşlıq müqaviləsindən sonra məsuliyyətimiz daha da artdı. Bundan sonra UEFA Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər zamanı dopinq testləri aparmağı bizə həvalə edəcək. Həmçinin gələcəkdə təcrübə toplamaq üçün bizim bir neçə dopinq nəzarət inspektorumuzun treyninqlərə cəlb olunması təklif olundu. Bundan sonra nəyinki ölkəmizdə, xaricdə də dopinq testi həyata keçirmək lazım olsa, bizim əməkdaşlarımız da orada iştirak edə biləcəklər”.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər