“Prosineçkinin diqqətini cəlb etməyə çalışacam”

“Prosineçkinin diqqətini cəlb etməyə çalışacam”
GÜNDƏM 30 Sentyabr 2017 / 15:39 5214
-  A +

“Nənəmin və onun anasının Azərbaycanla bağlılığı var. Bernhard Lippert Azərbaycanın U-21 yığmasını çalışdıranda mənimlə əlaqə saxladı”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin sabiq futbolçusu Tuğrul Erat deyib.

Almaniyanın “Duysburq” klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi Robert Prosineçkinin gəlişindən sonra millimizə dəvət almır. O, "Rp-Online" nəşrinə açıqlamasında milliyə qayıtmaq istədiyini bildirib:
“Mən U-21-də oynayanda əsas yığmanın baş məşqçisi Berti Foqts idi. O, mənə tez-tez dəvət göndərirdi. Ancaq Prosineçkinin milliyə gəlişindən sonra dəvət gəlmədi. Buna baxmayaraq, onun diqqətini cəlb etməyə çalışacam”.

Qeyd edək ki, 2014-cü ildə millimizdə debüt edən Tuğrul Erat yığmamızda 3 oyun keçirib.

Daha çox


Son xəbərlər