"Yanvara qədər bizə çətin olacaq" - Svanadze

"Yanvara qədər bizə çətin olacaq" -  Svanadze
GÜNDƏM 29 Sentyabr 2017 / 18:41 3015
-  A +

"Həmişəki kimi, cəhd göstərdik. İlk qola qədər çalışdıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 7-ci turunda "Neftçi"yə uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Sizə elə gəlmir ki, rəqib oyunçular qələbəni daha çox istəyirdi.

- Bizdə də o istək var idi. Ancaq fərqi ustalıqda görərdim. “Neftçi”də yaxşı futbolçular çoxdu.
 
- “Neftçi” bu gün qonaq olsa da, tribunalarda elə görünürdü ki, sanki meydan sahibləridilər. Məğlubiyyətdə bunun rolu oldumu?

- Müəyyən dərəcədə ola bilər. Amma bu, əsas amil deyil. Hərdən elə olur ki, bizi də az azarkeş dəstələyir, amma qalib gəlirik. Azarkeşlərmizə təşəkkür edirik ki, bizə dəstək olurlar.
 
- Aqşin Quluzadə son oyunlarda meydana çıxmır. Ancaq mövsümün ilk natçlarında çıxış edirdi...

- Gələn matçda meydana çıxacaq. Taktiki gedişlərə əsasən oynamırdı.
 
- İki mövsüm eyni heyətlə qələbələr qazanmaq çətin deyil?

- Düşünmürəm ki, eniş var. Sadəcə, ötən mövsüm tam başqa heyətimiz var idi. Taktika da fərqli idi. Mövsümün əvvəlində də qeyd etmişdim ki, bizə çətin olacaq. Çünki bir neçə oyunçu getdi və transferlər edə bilmədik. Yanvara qədər bizə çətin olacaq.
 
- İlin sonunda transfer qadağası başa çatacaq. İndidən gözaltı etdiyiniz futbolçular var?

- Hələ bilmirik. Ümid edirik ki, həm yerli, həm də əcnəbi oyunçuları transfer edə biləcəyik.

Daha çox


Son xəbərlər