Futzal millimizin rəqibləri müəyyənləşdi

Futzal millimizin rəqibləri müəyyənləşdi
GÜNDƏM 29 Sentyabr 2017 / 14:50 3279
-  A +

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.

Daha çox


Son xəbərlər