Çempionlar Liqasının qrup mərhələsinin "Roma" ilə oyunundan sonra "Qarabağ"ın futbolçusu Riçard Almeyda brifinq keçirib. Qol.az saytının əməkdaşının da suallarını cavablandıran braziliyalı futbolçu ilk öncə 1:2 hesablı yenilgini şərh edib:
- İlk hissənin 20 dəqiqəsini nəzərə almasaq, düşünürəm ki, komanda yaxşı təsir bağışladı. “Çelsi” ilə oyunu müqayisə etsək, komandamız həqiqətən də mükəmməl oynadı. Hesabı bərabərləşdirmək üçün şansımız olsa da, əvvəlcə top ayağımın altında qaldı, alınmadı. Dinonun da son dəqiqələrdə bərabərlik qolunu vurmaq üçün şansı oldu. Lakin bəxtimiz gətirmədi və bunu nomal qarşılayıram.
- Hücumlar qurulsa da, top istənilən yerə ötürülmürdü. Tələsdiyiniz üçün belə alınırdı?
- Fasilə zamanı məşqçimiz bizə sakit oynamağı tapşırdı. Qurban Qurbanov bildirdi ki, ancaq öz oyunumuzu oynayaraq qol vəziyyətləri yarada bilərik. Daha çox qol vəziyyətlərini ikinci hissədə yaratsaq da, qol vurmağa nail olmadıq. Rəqibin yaxşı müdafiə olunması da işimizi çətinə salırdı.
- İlk dəfə olaraq Azərbaycanda futbola bu qədər azarkeş gəlmişdi...
- Onlar bizim 12-ci oyunçumuz idi. Hətta iki qol buraxandan sonra da bizi dəstəkləyirdilər. Biz Azərbaycan xalqını və ailəmizi sevindirmək üçün xarakter nümayiş etdirməli idik. Yəni azarkeşlərin dəstəyini xüsusi qeyd etmək istəyirəm.
- Azarkeşlər bir neçə epizoda görə hakimdən narazı qaldılar. Bəs futbolçular necə?
- Hakim portuqaliyalı idi və mən onunla danışdım, “Roma”nın xeyrinə qərarlar verdiyini dedim. Lakin o qərəzsiz olduğunu və düzgün qərarlar verdiyini bildirdi.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"