"Qarabağ”ın futbolçusu Dani Kintana İspaniyanın "Pasion Futbol” nəşrinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Qarabağ”a necə keçdiniz?
- Səudiyyə Ərəbistanında qısa müddət çıxış etdikdən sonra "Qarabağ”a gəldim. Əvvəlcə çətin idi, çünki 6 ay oynaya bilməzdim. FİFA bir futbolçunun il ərzində 3 fərqli klubda oynamasına icazə vermir. Lakin məqşçilərin və komanda yoldaşlarımın dəstəyi ilə həmin dövrü arxada qoydum.
- Klub haqda fikirləriniz necədir?
- Çox peşəkar klubdur. Yüksək səviyyəli infrastruktur və mütəxəssislər var. Komanda ən yüksək səviyyədə mübarizə aparır
- Fərqli mədəniyyətə tamamilə uyğunlaşa bilmisiniz?
- Daha əvvəl Səudiyyə Ərəbistanında olduğum üçün uyğunlaşma asan oldu. Üstəlik, çox açıq və tez ünsiyyət quran adamam. Ona görə də hər zaman uyğunlaşma asan olub.
- İlk illər necə keçdi?
- İlk mövsümdə ən yaxşı bombardir və ölkə çempionu oldum. İkinci mövsümdə isə qarışıq hisslər yaşadım. "Qarabağ” yenə eyni qrafiklə mükafatlar əldə etsə də, dizimdən ciddi zədə aldım. İndi də oynamaq üçün tam hazır deyiləm.
- "Qarabağ”ın 24 ildir təmsil etdiyi şəhərdə oynaya bilməməsi öz mənfi təsirini göstərir?
- Bütün ölkə avrokuboklarda "Qarabağ”a azarkeşlik edir. Hamı Azərbaycanın, xüsusən Qarabağın adının Avropada təmsil olunmasına çox sevinir. Qoy insanlar bilsinlər ki, bu regionda müharibə şəraiti hökm sürür.
- Ağdama getmək və klubun əvvəlki stadionunu ziyarət etmək imkanınız var?
- Xeyr, elə bir imkan yoxdur. Fikrimcə, hazırda ora çox təhlükəlidir və buna görə məsləhət görülmür.
- Orada baş verənlər xatırlanır?
- Əlbəttə. Bizdə elə oyunçular var ki, müharibə zamanı evlərini və ailə üzvlərini itiriblər. Onlar bizə yalnız özümüzdən ötrü deyil, bütün xalq üçün oynadığımızı xatırladırlar.
- Komandanın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanması ölkədə necə qarşılandı?
- Klub uzun illərdə ciddi bir nailiyyət əldə etmək üçün çalışırdı. Əlbəttə, bu, çətin tapşırıq idi, ancaq sonda ağır iş qrupa yüksəlməyimizlə mükafatlandırıldı. İnsanlar Azərbaycanın adının Çempionlar Liqasında olacağından çox sevincli və qürurludurlar.
- Bəs, qrupda nisbətən zəif komandalar istəyirdiniz?
- Qrupumuzu bəyənirəm. Top-komandalarla oynamaq təcrübəsindən yararlanmalıyıq. Düzdür, bizim üçün çətin olacaq.Lakin biz mübarizə aparacaq və müsbət imic formalaşdırmağa çalışacağıq.
- Başqa ölkələrlə müqayisədə, Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Çempionatda 8 komanda var, 4 dövrəli sistemlə oynayırıq. Bu, yeganə mənfi cəhətdir. Texniki cəhətdən səviyyə çoxlarını təəcübləndirə bilər. Çünki başqa klublar da avrokuboklarda müntəzəm çıxış edirlər.
- 2008-ci ildən "Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov barədə nə deyə bilərsiniz?
- Dəqiq ideyaları olan və futbolçuları yaxşı tanıyan məşqçidir. Daha əvvəl onun kimi oyunçular arasında bu qədər rəğbəti olan və tarazılığı qoruyan mütəxəssis görməmişdim. Onu əsəbiləşən və ya məşqçi skamyasından qışqıran yerdə görmək çətin məsələdir. Hesab edirəm ki, Qurban Qurbanov və komandası uğura layiqdir. Buna uzun müddətdir gördükləri iş və fədakarlıqları ilə nail olublar.
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi
Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
"İmişli"nin legioneri 5 oyunluq cəzalandırıldı
AFFA rəhbərliyi FİFA-nın Konqresində
“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
PFL 35-ci turun hakimlərini açıqladı
Azərbaycan futzal millisinin səbəti müəyyənləşdi
"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov
Azərbaycanın 2 boksçusu finala vəsiqə qazandı
Fransa millisinin Avro-2024 üçün heyəti açıqlandı
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
"Barselona" səfərdə qalib gəldi