Millimizin futbolçusu Emin Mahmudov Portuqaliyanın "Boavişta" klubundan ayrılmasına münasibət bildirib.
Qol.az xəbər verir ki, 25 yaşlı futbolçu ehtiyatda daha çox vaxt keçirməsinin qərarında həlledici amil kimi qeyd edib:
"Boavişta" ilə gələn mövsümün sonuna qədər müqaviləm var idi. Amma klubdan ayrılmaq, yeni ünvana üz tutmağa qərar verdim. Portuqaliyada hər şey mənim və ailəmin ürəyincə idi. İki mənfi cəhət vardı - oyun praktikasının azlığı və bir sıra portuqal klublarının oynadığı futbol. Mənə elə gəlirdi ki, bu ölkədə hər şey topa nəzarət, dəqiq ötürmələr üzərində qurulub. Reallıq budur ki, əksər komandalar ucaboy hücumçuya hava ötürməsi edib rəqibin cərimə meydançasına yaxınlaşmağa çalışırdı. Ümumilikdə futbol sürət üzərində qurulmuşdu. Hər şeyi cəld etmək tələb olunurdu".
Yarımmüdafiəçi çempionatın üçüncü turundan sonra "Boavişta"dan ayrılmağa qərar verdiyini deyib:
"Burada olduğum müddətdə cəmi 3 oyunda start heyətində meydana daxil olmuşam. Qalan görüşlərdə isə meydana sonradan daxil olmuşam və bu, mənim ürəyimcə deyildi. Müqaviləmi pozmaq qərarına yeni mövsümün ilk 3 turundan sonra gəldim. Başa düşdüm ki, baş məşqçinin planlarına daxil deyiləm. Bəzən rahat şəraiti qoyub daha çətin yolu seçmək lazım olur. 25 yaşım var, gələcəyə baxmaq vacibdir. Meydana çıxmamaqla vaxt itirmək yolverilməzdir. Ehtiyatda oturub pul almaq mənlik deyil. Daimi oynamaq istəyirəm".
Mahmudov gələcək karyerası haqda da danışıb:
"Bu məsələni agentimin ixtiyarına buraxmışam. Rusiyaya qayıdacağımla bağlı dəqiq məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, Rusiya çempionatını, mənə yaxın olan futbolçuların oyunlarını izləyirəm".
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi