Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.
Qol.az-ın məlumatına görə, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz 49 saniyəyə rəqibini üstələyib.
1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız finala yüksəlib.
Orxanın həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takato olub. Bu görüşdə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.
Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb. İdmançımız ilk görüçündəcə uduzub.
48 kq çəkidə digər təmsilçimiz Leyla Əliyeva da uğursuz çıxış edib. O, 1/16 finalda yaponiyalı Funa Tanakeyə uduzub.
Qeyd edək ki, Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi