“Azərbaycan indi daha güclüdür” - Norveç millisinin baş məşqçisi

“Azərbaycan indi daha güclüdür” -  Norveç millisinin baş məşqçisi
ÖLKƏ FUTBOLU 28 Avqust 2017 / 14:05 4999
-  A +

“Müdafiə xəttində bəzi dəyişikliklər edirik. Meydanda daha aqressiv olmalıyıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.

Yerli mətbuata açıqlamasında sentyabrın 1-də millimizlə keçiriləcək oyun haqda danışan 69 yaşlı mütəxəssis komandamızda müəyyən dəyişikliklər olduğunu bildirib:

“Azərbaycan millisi əvvəllər əsasən müdafiədən oynayırdı. İndi rəqibimiz daha güclüdür. Yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Onların bizi təəccübləndirəcəyini düşünmürəm. Ancaq futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Hədəfimiz qələbədir. Nə qədər çox qalib gəlsək, o qədər güclü olarıq”.

Xatırladaq ki, setybarın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner