“Boavişta” ilə müqavilənin posulması təşəbbüsü Eminin özündən gəldi. Çünki klubda ona oynamaq üçün az vaxt verilirdi. Bu da futbolçunu qane etmədi. Axı, o, “Spartak” və “Saturn” kimi komandalarda çıxış edib. O, ambisiyalı oyunçudur”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudovun agenti Aleksandr Manyakov Rusiyanın “championat.com” saytına açıqlamasında bildirib.
Eminin “Boavişta” klubundan ayrılmasını şərh edən A.Manyakov deyib ki, futbolçunu Portuqaliyada hər şey qane edirdi: “Ailəsi xoşbəxtdir, komandada hamıyla yaxşı münasibət vardi. Emini “Boavişta”dan heç kim qovmurdu. Sadəcə, o, çox oynamaq istəyirdi və bunu da dəfələrlə demişdi”.
A.Manyakovun sözlərinə görə, müqaviləni ləğv etməzdən əvvəl gələn təklifləri də nəzərə alıblar: “Ona Rusiya ilə yanaşı Avropadan da dəvət var. Rusiyaya gəlincə, Emin Milli Futbol Liqasına (birinci divizion – red.) o halda gedər ki, çıxış edəcəyi klubun Premyer Liqada oynamaq üçün hədəfi olsun. Premyer Liqaya gəlincə, Eminin Rusiyada adı var, komandalar onu yaxşı tanıyır. Ümid edirəm ki, transfer pəncərəsi bağlanana qədər bir qərar verəcəyik. Amma əsasnaməyə görə, onun daha 2 həftə vaxtı olacaq (sərbəst agent olduğu üçün – red.)”.
Eminə keçmiş komandası Moskva “Spartak”dan mümkün təklifə gəlincə, A.Manyakov deyib: “Biz hadisələrə real yanaşmalıyıq. “Spartak”ın başqa hədəfləri var, meydanın mərkəzində onların səviyyəli futbolçuları çıxış edir. Bildiyinə görə, “Spartak”da bu mövqü transfer üçün ümumiyyətlə, bağlıdır”.
Xatırladaq ki, 25 yaşlı E.Mahmudov “Boavişta”ya ötən yay “Krılya Sovetov”dan ayrıldıqdan sonra keçmişdi. O, Portuqaliya klubunda cəmi 12 oyunda meydana çıxıb və 1 qol vurub.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu