“Qarabağ” bu ilin sonuna kimi Avropa kuboklarında ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Qol.az-ın xəbərinə görə, Ağdam klubu mövsümün əvvəlindən məhz bu arenanı UEFA-ya sifariş verib.
Klubun baş meneceri Asif Əsgərov Qol.az saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, görünən budur ki, əgər komanda Çempionlar Liqasının qrupuna düşsə, rəqiblərini Respublika stadionunda qəbul edəcək: “Bəzən mətbuatda ehtiyat, əvəzedici meydança kimi fikirlər səslənir. Əslində bu kökündən yanlış ifadədir. Çünki UEFA-nın heç vaxt “ehtiyat meydança” dəyə bir tələbi olmayıb. Qitənin ali futbol qurumuna ilk gündən ev oyunlarını keçirəcəyin bir stadionunun adını qeyd etməlisən. Bu il də biz Respublika stadionunu UEFA-ya sifariş etmişik. Hal-hazırda pley-offun 1, qrup mərhələsinin (Çempionlar Liqası və ya Avropa Liqası) isə 3 ev oyununu qəbul etmək üçün Tofiq Bəhramov adına Respublika stadionunda ciddi işlər gedir”.
Asif Əsgərov
Bəs, “Qarabağ”ın rəqiblərini Azərbaycanın ən böyük idman arenası – tamaşaçı tutumuna görə Respublika stadionunda ən azı iki dəfə böyük olan Bakı Olimpiya Stadionunda qəbul etməsi mümkündürmü?
Asif Əsgərov bununla əlaqədar qeyd edib ki, arenanı dəyişmək üçün klub bir müddət əvvəldən bu haqda UEFA-ya məlumat verməli, arenanı hansı səbəbdən dəyişdirdiyini tutarlı səbəblə əsaslandırmalıdır: “Qeyd etdiyim kimi, aparılan texniki işlərin də gedişatı göstərir ki, oyunlarımızı Respublika stadionunda keçirəcəyik. UEFA-nın tələbinə əsasən, qrupun bütün matçları eyni arenada olmalıdır. Biz də ilk gündən UEFA-ya “Tofiq Bəhramov”u sifariş etmişik”.
Əlavə edək ki, “Qarabağ” Respublika stadionunu beynəlxalq oyunlar üçün daha əlverişli sayır. Komanda uzun illərdi avrokuboklarda ev matçlarını məhz bu arenada keçirir. Yəni həm komanda, həm də oyunlara hazırlıq baxımından klubun texniki personalı üçün da bu arena əlverişlidir. Bundan başqa, məhz “Qarabağ” klubunun himayəçiliyi ilə Respublika stadionunun ot ortüyü yaxşı vəziyyətə gətirilib.
Bir çox azarkeş komandalarını oyunu Bakı Olimpiya Stadionunda görmək istəsə də, etiraf etmək lazımdır ki, bu arenanın həm ot örtüyü, həm də digər texniki şərtləri “Qarabağ”a üçün uyğun deyil.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək