“İnter” Svanadze ilə yeni müqavilə imzaladı - rəsmi

“İnter” Svanadze ilə yeni müqavilə imzaladı - rəsmi
ÖLKƏ FUTBOLU 7 Avqust 2017 / 11:57 2648
-  A +

Bakının “İnter” klubu  baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib.

O deyib ki, müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər heyətində də heç bir dəyişikliyin olmayacağını söyləyib.

Qeyd edək ki, Z.Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi vəzifəsində Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner