Milli komandanızın hücumçusu Ramil Şeydayevin komandası “Jilina” yeni mövsüm Slovakiya çempionatına uğursuz başlayıb.
Qol.az-ın xəbərinə görə, son çempion keçirdiyi hər üç oyunda məğlub olub. Ehtiyatında bir xalı belə olmayan komanda indi turnir cədvəlində sonuncu yerdədir.
Maraqlıdır ki, millimizin hücumçusu Ramil Şeydayev bu qarşılaşmaların heç birində oyunun iştirakçıları sırasına salınmayıb. Bəs, görəsən, bunun səbəbi nədi?
Futbolçunun meneceri Riyad Rəfiyev Qol.az saytına açıqlamasında bildirib ki, Ramilin oynamaması zədə ilə əlaqədar deyil: “Ramil ilk turna ona görə çıxış etmədi ki, onu Çempionlar Liqasında “Kopenhagen”lə oyuna görə qoruyurdular. Komanda Danimarka çempionuna uduzduqdan sonra isə əsas heyətin bir neçə futbolçusu, o cümlədən Ramil cəza tədbiri olaraq yerli çempionatın matçlarında oynadılmır. Elə buna görə də çempion komanda dalbadal üç oyunun hamısında uduzub”.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi