Qurban Qurbanovdan püşk açıqlaması

Qurban Qurbanovdan püşk açıqlaması
ÖLKƏ FUTBOLU 4 Avqust 2017 / 14:30 12198
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri olan  “Kopenhagen” klubu haqda fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına açıqlama verən 45 yaşlı çalışdırıcı şanslarından maksimum istifadə etməyə çalışacaqlarını deyib:

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər