Klublarımız avrokuboklarda: Təsnifat mərhələsinə baxış
Bizi avroliqalarda təmsil edən 4 komanda:
1. Debütant
2. Sabiq “bankirlər”
Və avroliqadakı daimi rezidentlərimiz:
3. “Qarabağ”
4. “Qəbələ”
“Zirə”dən başlayaq. Klub yaxşı debüt etdi, dərhal sevindirdi və inamla Avropa Liqasının ikinci təsnifat mərhələsinə adladı. Əfsus, ikinci mərhələdə təcrübəsizlik təsirini göstərdi. Bəli, bir qədər bayağı ifadə kimi səslənə bilər, amma fakt budur ki, biz bəzən uğur üçün vacib olan bu elementi lazımınca qiymətləndirmirik. Yeri gəlmişkən, mən bunu şəxsi təcrübəmdə – UEFA İcraiyyə Komitəsi üzvlüyünə seçilə bilmək üçün lazım olan bir neçə səsi toplaya bilməyəndə – hiss etmişəm. Amma bu, tamamilə başqa bir söhbətin mövzusudur və yəqin ki, nə zamansa bu barədə də yazacağam...
Beləliklə, qayıdaq “Zirə”yə. UEFA-nın yeni yaradılmış klublar üçün avroliqalarda iştirakla bağlı 3 illik fəaliyyət müddəti limiti təsadüfi və əbəs deyil. Bu, təkcə klubun sabitliyi üçün yox, eyni zamanda, kiçik bir tarixin yazılması fonunda təcrübə toplanması, özünəinam yaranması və o qədər də böyük olmasa belə, azarkeş bazasının formalaşması üçün vacib amildir. “Dalğa Arena”nın tribunalarının, demək olar ki, 60 faiz dolmasını izləmək xoş təəssürat yaradırdı. Ümidvaram ki, Avropa Liqasındakı çıxışı klubun gələcək inkişafı üçün əlavə impulslar verəcək.
“İnter”. Bu klub təəccübləndirməkdə davam edir. Sirr deyil ki, klubu hazırda AFFA maliyyələşdirir, klubun rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, icraçı direktoru isə AFFA-nın artıq sabiq hüquqşünasıdır. İlin mərhələdəki inamlı qələbə və Lüksemburqda uğursuzluq. Çox təəssüfləndirici məqamdır. Amma digər təəssüf doğuran məqam üzərində transfer qadağası olduğu dövrdə vacib futbolçunun klubu tərk etməsidir.
Bu, bəlkə də ehtiyat oyunçular skamyasında əyləşən hansısa gənc futbolçunun Premyer Liqada uğurlu çıxışına təkan verəcək bir məqam da ola bilər. Bu ssenari mənə dərhal 1990-cı ildə keçirilmiş dünya çempionatında Argentina millisinin qapıçısı Neri Pumpidonun ilk oyunda zədələnməsini və onu əvəzləyən Serxio Qoykoçeanın sonradan dünyanın ən yaxşı qapıçısı olaraq komandasını finala çıxarmasını xatırladır. Biz də özümüzün “Serxio Havyer Qoykoçea” nağılımıza ümid edirik.
Bu arada isə “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək.
QARABAĞ dərdimizdir, bu ifadə bizə qarşı ədalətsiz davranışla assosiasiya olunur, amma eyni zamanda sevinc göz yaşlarımızdır. Çempionlar Liqasının himnini stadionda canlı olaraq dinləmək hər bir azarkeşin arzusudur. Nəhayət, bu, gerçəkləşəcək. UEFA-nın Əsasnaməsinə uyğun olaraq, Çempionlar Liqasının play-off mərhələsində stadionda turnirin himni səslənməlidir. Gəlin, bu melodiyanın səsini artıraq...
Qarşımızda duran son maneəni də adlaya bilsək, Georq Fridrix Hendelin bu möhtəşəm əsərini, ən azı, ilin sonuna qədər dinləyə biləcəyik.
“Qarabağ”ın əsas heyətinin 5-6 futbolçusunun yerli, eyni zamanda, Azərbaycan milli komandasının üzvü olması bizi ikiqat sevindirir. Onlar hər oyunda, xüsusilə beynəlxalq qarşılaşmalarda əlavə təcrübə qazanırlar. Bu futbolçular belə oyunlarda böyük klubların seleksiyaçılarının da diqətini cəlb edə bilər.
Futbolda bəzən yaxşı oyunu həm də bəxt, uğur müşayiət etməlidir. Ümid edirəm ki, bəxt bizim tərəfimizdə olacaq. Və əlbəttə ki, komandanın üzvləri bu uğuru gətirmək üçün əlindən gələni etməlidir...
“Qəbələ”. Komanda sona qədər mübarizə apardı. Amma “Panatinaikos”un keçmiş günlərinə qayıtdığını qeyd etmək lazımdır. Komanda sürət baxımından xeyli “artırmaq”la yanaşı, oyununda futbolçuların arasında anlaşmanın yüksəldiyi də hiss olunur. Sol cinah müdafiəçisi Hult fiziki hazırlığına görə sözün yaxşı mənasında təəccübləndirməyi bacardı. “Qəbələ” xarakter göstərərək rəqib qapısına yol tapmaqla bizi ümidləndirdi. Unutmayaq ki, “Qəbələ” gənc klubdur, bununla belə, qısa müddət ərzində avrokuboklarda özünü yaxşı tərəfdən göstərə bilib. Gənclərdən ibarət milli komandaların heyətində “Qəbələ” klubunun yetirməsi olan futbolçuların sayı az deyil. Klub inkişafını bu tərzdə davam etdirsə, avrokuboklarda bizi hələ çox sevindirə biləcək. “Bakcell Arena”nın tribunalarını dolu gösmək çox xoş oldu. Klubu dəstəkləyən azarkeşlərə yalnız “Əhsən!” demək olar.
Elxan MƏMMƏDOV,
AFFA-nın baş katibi
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək