“Qarabağ”ın 5 potensial rəqibi məlum oldu

“Qarabağ”ın 5 potensial rəqibi məlum oldu
ÖLKƏ FUTBOLU 3 Avqust 2017 / 00:48 17738
-  A +

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq.

Qol.az-ın məlumatına görə, Ağdam klubu qrup mərhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən yuxarı olan komandanı üstələməlidir.

Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.

Pley-off mərhələsinin püşkü avqustun 4-də Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi
 
Çempionlar yolu

Səpələnmişlər

“Olimpiakos” (Yunanıstan)

“Seltik” (Şotlandiya)

“Kopenhagen” (Danimarka)

APOEL (Kipr)

“Maribor” (Slovaniya)

Səpələnməmişlər

“Qarabağ” (Azərbaycan)

“Astana” (Qazaxıstan)

“Riyeka” (Xorvatiya)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Slaviya” (Çexiya)
 
Liqa yolu

Səpələnmişlər

“Sevilya” (İspaniya)

“Napoli” (İtaliya)

“Liverpul” (İngiltərə)

MOİK (Rusiya)

“Sportinq” (Portuqaliya)

Səpələnməmişlər

“Styaua” (Rumıniya)

“Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya)

“Başakşəhər” (Türkiyə)

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner