"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
-Rəqibin sürətli futbolçuları var. Biz də onlardan geri qalmırıq. Öz oyunumuzu göstərə bilsək, rəqibə çətin anlar yaşadacağıq. Bizim əsas məqsədimiz mərhələ adlamaqdır. Yəqin ki, "Panatinaikos" da bu niyyətlə Bakıya gəlib. İki il öncə bu komanda üzərində qələbə qazanmışıq və nəticəni təkrarlamaq üçün şansımız var.
- Çempionatdakı əsas rəqibiniz "Qarabağ"ın Çempionlar Liqasındakı qələbəsi sizdə yaxşı mənada qıcıq yaratmadı?
- "Qarabağ"a uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar Çempionlar Liqasında qrupa düşəcəklər. Dünənki oyuna baxa bilməmişəm. Çünki diqqətimizi öz oyunumuza yönəltmişik. Ümumi götürdükdə bu qələbələr ölkə reytinqinə xalların əlavə olunması baxımından yaxşı haldır. Amma bu, bizim komanda üçün əlavə motivasiya yaratmır.
- Cavid Hüseynov meydanda çox çılğın görünür. Onunla bu barədə söhbət etmisinizmi?
- Cavid özünü əvvəllər də çılğın aparıb. Onunla bu barədə söhbət etmişik. Mənim fikrimcə, indiki Cavid çox sakitdir.
- “Qəbələ” Yunanıstanda çox zəif oynadı. Bunun səbəbi nə ilə bağlıdır? Ümumiyyətlə, komanda yeni mövsümə hazırdımı?
- Biz Yunanıstanda öz oyunumuzu oynaya bilmədik. Rəqib səfər görüşündə bizə çox çətinlik yaratdı. Əminəm ki, sabah öz oyunumuzu oynamağı bacaracağıq.
- Rəqibin olduqca texnikalı və sürətli futbolçular var. Onları zərərsizləşdirmək üçün hansı tədbirlər görmüsünüz?
- Çox düzgün qeyd etdiniz. İlk matçdan öncə də rəqibin futbolçularını araşdırmışdıq. Amma mən öz oyunumuzdan danışmaq istəyirəm. Öz üslubumuzda oynasaq, rəqibə rahatlıq verməyəcəyik. Belə olsa, rəqib də güclü cəhətlərini ortaya qoya bilməyəcək.
- “Qəbələ” adətən cavab matçlarında yaxşı təsir bağışlayır və özünüz də Yunanıstanda oyununuzun alınmadığını dediniz. Maraqlıdır, öz üslubunuza qayıtmaq üçün heyətdə dəyişiklik edəcəksinizmi?
- Heyətlə bağlı hələ də məlumatım yoxdur. Bu günkü məşqdə də futbolçuların son durumuna baxacağıq. Futbolçularla bağlı son qərarı bu gün baş tutacaq məşqdən sonra verəcəyəm. Ümumiyyətlə, oyunlardan öncə heyət açıqlamaq mənim iş prinsipimə uyğun deyil.
- Necə düşünürsünüz, oyunun taleyi 90 dəqiqəyə həll olacaq?
- Bu barədə heç nə deyə bilmərəm. Biz mərhələ keçmək üçün 120 yox, hətta 1200 dəqiqə oynamağa hazırıq.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi