“Qarabağ” İtaliya “İnter”ini geridə qoydu

“Qarabağ” İtaliya “İnter”ini geridə qoydu
ÖLKƏ FUTBOLU 2 Avqust 2017 / 11:30 9271
-  A +

UEFA klubların yeni reytinqini açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şerif”ə qalib gələn (2:1) “Qarabağ” xalını artırıb.

Azərbaycan çempionu son 5 mövsümün nəticələrinə görə hesablanan reytinqini 16,500-ə çatdırıb. "Qarabağ" "Şerif"lə oyuna qədər  16,000 xalla 75-ci yerdə  İtaliya “İnter”i, Moskva “Dinamo”su və “Rubin”lə eyni xala malik idi. Tiraspoldakı qələbədən sonra isə  Qurban Qurbanovun komandası hər üç şərikini arxada qoyaraq 75-ci yerin tək sahibi olub.

"Qarabağ" siyahıda "Everton", "Vest Hem", "Marsel", "Ayntraxt" kimi klubları da qabaqlayır.

Digər klublarımızdan  “Qəbələ” (5,250) 168-ci, “Neftçi”, “İnter”, “Zirə”, “Xəzər Lənkəran” və “Kəpəz” (hamısı 3,475) isə  248-ci yerdə qərarlaşıb.

Siyahıya Madrid "Real"ı (17.813) başçılıq edir. Eyni xala malik olan "Atletiko" 2-ci, "Barselona" 3-cüdür.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu