Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımla nümayiş etdirilməyəcək.
Bu haqda Qol.az-a eksklüziv açıqlamasında “Şerif” şirkətinin (“Şerif” klubu bu şirkətə tabedir) teleyayım məsələlərinə məsul olan rəsmi nümayəndəsi Yevgeni Raşkovan məlumat verib. Onun sözlərinə görə, yayımla əlaqədar Azərbaycandan heç bir telekanal onlara müraciət etməyib: “Hətta bundan sonra müraciət olunsa belə, oyunun göstərilməsi texniki tərəfdən mümkün deyil”.
Y.Raşkov yayıma görə Azərbaycan tərəfdən 100 min dollar tələb olunması ilə bağlı xəbəri şərh etmək istəmədiyini söyləyib. Bununla belə, o deyib ki, hələ ilk matçdan əvvəl “Şerif” Moldovadakı cavab oyunu üçün qarşı tərəfdən 50 min dollar tələb edib: “Cavab oyununun qiyməti ilə bağlı heç nə deyə bilmərəm. Azərbaycandan hec bir telekanal oyuna görə bizə müraciət etmədi. Ümumiyyətlə, bu məsələ hələ ötən həftənin 4 ya 5-ci günü həllini tapmalı, müqavilə bağlanmalı idi. İndi oyunun başlamasına bir neçə saat qalıb. Bundan sonra matçın yayımı texniki tərəfdən də mümkün deyil”.
“Şerif” rəsmisi bildirib ki, hələ ilk oyundan əvvəl “Qarabağ” klubu onlara oyunların qarşılıqlı şəkildə pulsuz yayımlanması üçün müraciət edib: “Amma biz “Qarabağ”ın bu şərtini qəbul etmədik. “Şerif” – “Qarabağ” oyunu sıradan matç deyil. Biz bu oyundan həm də maddi olaraq qazanmaq istəyirik. Amma dediyim kimi, Azərbaycan tərəfdən hec kim bizə müraciət etməyib”.
“Şerif” rəsmisi oyunun Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə canlı nümayiş etdiriləcəyini deyib.
Xatırladaq ki, "Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək