“Şerif” “Qarabağ”la oyunun yayımından 100 min istəyir

“Şerif” “Qarabağ”la oyunun yayımından 100 min istəyir
ÖLKƏ FUTBOLU 31 İyul 2017 / 17:56 11453
-  A +

Çempionlar Liqasının  3-cü təsnifat mərhələsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyununun televiziya vasitəsi ilə canlı yayımlanmaq ehtimalı azdır.

Qol.az-ın əldə etdiyi dəqiq məlumata görə, Moldova klubu matçın yayımlanması üçün Azərbaycan telekanallarından 100 min avro tələb edib.

Bu məbləğin telekanallarımız üçün kifayət qədər yüksək olduğunu nəzərə alsaq, oyunun canlı yayımlanması real görünmür.  “Qarabağ” hazırda Moldovada olduğu üçün klubun bu barədə mövqeyi bilinmir. Danışıqlar isə hələ davam edir.

Qeyd edək ki, “Qarabağ” hələ ilk matçdan əvvəl qarşı tərəfə hər iki oyunun ödənişsiz yayımlanmasını təklif etsə də, Moldova təmsilçisi bununla razılaşmayıb.

Xatırladaq ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər