"Şerif" Bakıya xal itkisi ilə gəlir

"Şerif" Bakıya xal itkisi ilə gəlir
XƏBƏR 23 İyul 2017 / 00:10 4427
-  A +

Moldova çempionatında III turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” də növbəti matçına çıxıb.

Tiraspol təmsilçisi öz meydanında “Zimbru” ilə qarşılaşıb. Oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.
“Şerif”in heyətində Damascan və Bayala fərqləniblər.

Qeyd edək ki, aktivində 5 xal olan “Şerif” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Son xəbərlər
topaz banner