Moldovanın "Şerif" klubunun "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün Bakıya səfər proqramı müəyyənləşib.
Bunu Tiraspol təmsilçisinin mətbuat katibi Miroslav Primoviç bildirib.
Onun sözlərinə görə, "Şerif" iyulun 24-də Bakıya çarter reysli təyyarə ilə gələcək. Mətbuat katibi qeyd edib ki, həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda axşam saatlarında komandanın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı və ilk 15 dəqiqəsi açıq olan məşq nəzərdə tutulub. İyulun 25-də saat 21:00-da başlanacaq qarşılaşmanın ardından qonaqlar Bakını tərk edəcəklər.
Bu gün isə "Şerif" Moldova Milli Diviziyasının III turu çərçivəsində "Zimbru"nu qəbul edəcək. Hazırda çempionatın mərkəzi oyununu düşündüklərini deyən Primoviç hələlik heyətdə zədəli oyunçunun olmadığını vurğulayıb. O, cəza üzündən Ceremi De Noyyeri Bakıya gətirə bilməyəcəklərini söyləyib. Hollandiyalı yarımmüdafiəçi Albaniyanın "Kukesi" komandası ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda qırmızı vərəqə alıb.
Klub rəsmisi Bakı istisindən ehtiyatlanmadıqlarını da açıqlayıb: "Hazırda Tiraspolda da istidir. Üstəlik, Albaniyada da çox isti hava şəraitində çıxış etmişdik".
Qeyd edək ki, "Şerif"lə "Qarabağ" arasındakı cavab oyunu avqustun 1-də Tiraspolda olacaq ("Report").
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video