UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” yarışa birbaşa bu raunddan qoşulacaq.
Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, Afina təmsilçisi 2016/2017 mövsümündə Yunanıstan Superliqasında 3-cü yeri tutub. 30 qarşılaşmada 57 xal toplayan paytaxt təmsilçisi çempion “Olimpiakos”dan 10, 2-ci olan PAOK-dan 4 xal geri qalıb. Afinalılar kubokda mübarizəni yarımfinalda dayandırıb. “Panatinaikos” PAOK-la dueldən məğlub ayrılıb – 2:0, 0:4. Məhz çempionatdakı bürünc medallar komandaya Avropa Liqası turnirində iştirak hüququ verib. Amma yeni mövsümöncəsi Afina klubu ciddi itki ilə üzləşib. Ötən mövsüm 22 qolla Superliqanın ən yaxşı bombardiri olmuş Markus Berq 4 ildir şərəfini qoruduğu “Panatinaikos”dan ayrılıb.
Ümumiyyətlə, paytaxt klubu zəngin tarixə malikdir. 1908-ci ildə yaranan komandanın artıq 109 yaşı var. “Panatinaikos” idman cəmiyyətinin nəzdində yaranan futbol klubu sonradan 23 bölməsi olan bu birlikdən ayrılıb. Yarandığı andan yaşıl rənglərə sadiq qalan afinalılar oyunlarını 16 min tamaşaçı tutan “Apostolos Nikolaidis” stadionunda keçirir. Amma “Panatinaikos” daha böyük maraq doğuran qarşılaşmalarda rəqiblərini Afinadakı 69 min 618 tamaşaçı tutan Olimpiya stadionunda qəbul edir. “Panatinaikos” Pirey “Olimpiakos”u ilə əzəli rəqabətdədir. Yunanıstanın bu iki təmsilçisinin oyunları “Əbədi düşmənlərin derbisi” adlanır. Amma afinalılar titulların sayında rəqibindən geri qalır. Təxminən 1 milyondan artıq azarkeşi olan “Panatinaikos” ölkənin ikinci populyar komandası sayılır.
Paytaxt klubu ilk uğurunu 1909-cu ildə əldə edib. Ümumyunanıstan çempionatında qalib gələn Afina klubu bu yarışda 6 dəfə çempion olub. 1927/28 mövsümündən keçirilən Superliqada 20 çempionluq, 23 gümüş, 19 bürünc medal qazanan “Panatinaikos” ümumilikdə 81 mövsümdə 62 dəfə mükafatçılar sırasına düşüb. 18 dəfə Yunanıstan kubokunu əldə edən afinalılar 8 dəfə “Qızıl dubl”a imza atıb. 5 dəfə də Superkuboka yiyələnən komanda son illər əzəli rəqibinin kölgəsində qalıb. Sonuncu dəfə 2009/10 mövsümündə qızıl medallara yiyələnən komanda son 7 ildə 4 dəfə gümüş, 2 dəfə bürünc əldə edib. Son illərdəki yeganə titul 2013/14 mövsümündəki ölkə kubokudur.
“Panatinaikos” Yunanıstanın beynəlxalq arenadakı ən yaxşı təmsilçisidir. Avrokuboklarda 1960-cı ildə debüt edən Afina komandası tarixinin ən böyük uğuruna Ferents Puşkaşın baş məşqçiliyi altında imza atıb. Çempionlar Liqasının finalına yüksələn “Panatinaikos” Hollandiya “Ayaks”ı ilə görüşüb. 1971-ci ildə Londonun “Uembli” stadionunda baş tutan qarşılaşmada amsterdamlılar 2:0 hesabı ilə qalib gəlib. Lakin hollandiyalılar qitələrarası kubokda oynamaqdan imtina edib. Bu yarışda onları əvəz edən “Panatinaikos” Uruqvay “Nasional”ına təkrar oyunda uduzub - 1:1, 1:2. “Yaşıllar”ın növbəti uğurları ötən əsrin 80-ci illərində əldə edilib.
1985-ci ildə Çempionlar Liqasının yarımfinalında “Liverpul”a uduzan afinalılar 3 il sonra UEFA kubokunda 1/4 finaladək irəliləyib. 1996-cı ildə Çempionlar Liqasının yarımfinalında “Ayaks”a uduzan yunanlar daha 3 dəfə 1/4 final həyəcanı yaşayıb. 1992 və 2002-ci illərdə qitənin ən nüfuzlu turnirində, 2003-cü ildə isə UEFA kubokunda buna nail olub. Lakin son illərdə “Panatinaikos” Avropada ciddi nəticə qazana bilməyib. Ötən il UEFA Avropa Liqasının qrupunda 1 xalla sonuncu yeri tutan afinalılar 2015/16 mövsümündə pley-offda dayanıb. Həmin il “Panatinaikos”un qrupa yolunu məhz “Qəbələ” bağlayıb. Bakıdakı qolsuz bərabərlikdən sonra “qırmızı-qaralar” Afinada Dodonun dublu ilə 2:2 hesablı bərabərliyə nail olub. Səfər qolları komandamızı tarixində ilk dəfə qrupa daşıyıb. 2 ildən sonra yenə eyni rəqiblə qarşılaşacaq “Qəbələ” Yunanıstanın daha bir klubu ilə də görüşüb. 2 il öncə qrupda PAOK-la hər iki görüş qolsuz bərabərliklə nəticələnib.
Ümumiyyətlə isə “Panatinaikos” avrokuboklarda 285 oyun keçirib. Afinalılar bu oyunların 99-da qalib gəlib, 70-də heç-heçə edib, 116-da uduzub. 344 qol vuran afinalılar 385 top buraxıb. Marinos Ozinidisin çalışdırdığı paytaxt klubu UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi