Avropada yaşayan azərbaycanlılar Azərbaycan futboluna Avropada dəstək üçün "Can Qarabağ" adlı fan-klub yaradıblar.
Bu barədə Qol.az-a məlumatı fan-klubun təsisçilərindən olan Anar Orucov verib. Fan-klubun məqsədi Azərbaycanı Avropda uğurla təmsil edən “Qarabağ”a, eləcə də digər klublara və milli komandaya dəstək verməkdir: "Hər həftə Qarabağın oyunlarını toplanıb bir yerdə izləyirik. Fan-klunun əksər üzvləri Almaniyada, Şimali Reyn Vestfaliya əyalətində yaşayan həmyerlilərimizdir. Qeyri-rəsmi statistikaya əsasən, bu regionda 20 minə qədər azərbaycanlı məskunlaşıb. Bu sayda azərbaycanlının bir qurum ətrafında birləşməsi, toplanıb ölkəmizin inkişaf etməkdə olan futboluna dəstək vermələri həm də mənəvi bir borcdur. Fan-klub ideyası da birləşmək və uzaq Avropada futbolumuza dəstək olub, qələbələrə birlikdə sevinib, sevincimizi birgə bölüşmək ehtiyacından, ölkəmizi daha da çox tanıtmaq istəyindən yarandı. Şüarımız "Azərbaycan naminə"dir".
“Can Qarabağ” fan klubunun debütü Lüksemburqda olub. Dünən fan-klub “Fola” – “İnter” oyununu izləyərək Azərbaycan komandasına dəstək olub.
"Can Qarabağ" fan-klubunun 70 nəfərə qədər üzvü var: "Fan-klubun Facebook səhifəsi (https://www.facebook.com/CanGarabakh), loqosu, oyunları birlikdə izlədiyimiz məkanımız var”. 

“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels