“Azarkeşlərimizi sevindirməyə çalışacağıq” - Svanadze

“Azarkeşlərimizi sevindirməyə çalışacağıq” -  Svanadze
XƏBƏR 20 İyul 2017 / 00:00 2878
-  A +

“İnter” sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Lüksemburqda “Fola”nın qonağı olacaq.

Qol.az-ın məlumatına görə, Lüksemburqda “İnter”in baş məşqçisi Zaur Svanadzenin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilməyib.

Bu səbəbdən də gürcü mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini qısaca olaraq klubun mətbuat xidmətinə açıqlayıb:

“Sabah bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar qarşılaşmaya ciddi hazırlaşırlar. Heyətdə zədəlimiz yoxdur. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır