“Samtredia” yeni hücumçu aldı

“Samtredia” yeni hücumçu aldı
XƏBƏR 12 İyul 2017 / 15:18 5359
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Samtredia” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Gürsüstan təmsilçisi Fildişi Sahilindən olan hücumçu İnters Guini transfer edib. 25 yaşlı futbolçu “Samtredia”ya azad agent statusu ilə keçib.

İnters Gui Portuqaliyanın “Gimarayş” və “Akademika” klublarında oynayıb. Son olaraq icarə əsasında İtaliyanın “Çiasso” klubunda çıxış edən futbolçu heç bir oyunda iştirak etməyib.

Futbolçunun adı “Qarabağ”la oyun üçün iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, Bakıda keçirilən görüşdə “Samtredia”ya 5:0 hesabı ilə qalib gələn Ağdam təsmilçisi iyulun 18-də Tiflisdə cavab oyununu keçirəcək.

Son xəbərlər
topaz banner