"Bavariya"nın futbolçusu "Yuventus"da

"Bavariya"nın futbolçusu "Yuventus"da
XƏBƏR 12 İyul 2017 / 13:33 3485
-  A +

“Yuventus” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Bavariya”nın futbolçusu Duqlas Kosta gələn mövsüm icarə əsasında Turin klubunda çıxış edəcək.

Braziliyalı yarımmüdafiəçi bu gün “Yuventus” üçün tibbi baxışdan keçib. İtaliya çempionu mövsümün sonunda Kostanı birdəfəlik transfer etmək hüququna da malikdir.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən 26 yaşlı futbolçunun Münhen klubu ilə 2020-ci ilə qədər müqaviləsi var.


Son xəbərlər
topaz banner