"Zirə"nin rəqibindən yeni transfer

"Zirə"nin rəqibindən yeni transfer
XƏBƏR 12 İyul 2017 / 12:38 3137
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Astra” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə,  xorvatiyalı yarımmüdafiəçi Mateo Polyakla razılıq əldə olunub. 

Artıq Rumıniyada olan 27 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı bildirilir. Onun adının “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb-salınmayacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, Xorvatiyanın  “Lokomotiva” və “Dinamo” klublarında da çıxış etmiş Mateo Polyak son olaraq Avstraliya “Nyukasl”ında oynayıb.  2012-2015-ci illərdə Avstraliyanın “Sidney Uonderers” klubunda  çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində Asiya Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, "Zirə" ilə "Astra" arasında ilk oyun sabah Rumıniyada keçiriləcək.

Son xəbərlər
topaz banner